Emil Balayev: "Sabah bizi gözəl oyun gözləyir"

Emil Balayev: "Sabah bizi gözəl oyun gözləyir" Komandamızda əhval-ruhiyyə yüksəkdir. Çünki bura Bəhreyn üzərində qələbə ilə gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq. Macarıstanın Xorvatiyaya 0:3 hesablı məğlubiyyəti hələ heç nə demək deyil. Sabah bizi gözəl oyun gözləyir.
Futbol
12 Oktyabr , 2019 20:29
Emil Balayev: Sabah bizi gözəl oyun gözləyir
Foto: "Report"

"Komandamızda əhval-ruhiyyə yüksəkdir. Çünki bura Bəhreyn üzərində qələbə ilə gəlmişik. Oyuna yaxşı hazırlaşmışıq. Macarıstanın Xorvatiyaya 0:3 hesablı məğlubiyyəti hələ heç nə demək deyil. Sabah bizi gözəl oyun gözləyir".

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan milli komandasının qapıçısı Emil Balayev səfərdə Macarıstan yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib. 

25 yaşlı qolkiper bildirib ki, Xorvatiyaya qarşı sərgilədiyi yaxşı oyun onda heç bir gərginlik yaratmayacaq: "Futbol kollektiv oyundur və bir nəfər matçın taleyini həll edə bilməz: "Komanda yoldaşlarım mənə inandığı üçün özümü rahat hiss edirdim. İnanıram ki, bunun sayəsində gərginlik olmayacaq".

Qeyd edək ki, oktyabrın 13-də "Groupama Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi