Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" Qazaxıstan Premyer Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, komanda doğma azarkeşlər önündə "Şaxtyor"u (Karaqanda) qəbul edib. Qarşılaşma "Tobol"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna start heyətdə başlayan Balayev 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqibin futbolçusu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.
Qeyd edək ki, "Topol" 13 oyundan sonra 29 xalla ikinci pillədə qərarlaşıb. İki oyun çox keçirən "Astana" isə 32 xalla birinci sıradadır.