Emeri yenidən Fransada çalışa bilər

Emeri yenidən Fransada çalışa bilər İngiltərənin “Arsenal” komandasının baş məşqçisi postundan göndərilən Unay Emeri karyerasını yenidən Fransada davam etdirə bilər.
Futbol
25 Dekabr , 2019 14:36
Emeri yenidən Fransada çalışa bilər

İngiltərənin “Arsenal” komandasının baş məşqçisi postundan göndərilən Unay Emeri karyerasını yenidən Fransada davam etdirə bilər.

“Report” “Le10sport” portalına istinadən xəbər verir ki, “Monako” Leonardu Jardimi 48 yaşlı ispaniyalı mütəxəssislə əvəzləmək istəyir. Artıq onunla danışıq aparıldığı bildirilir. Bu vəzifəyə namizədlər arasında Loran Blanın da adı çəkilir.

“Monako”nun Liqa 1-də 28 xalla 7-ci pillədə qərarlaşması klub rəhbərliyini qane etmir.

Qeyd edək ki, Emeri 2016-2018-ci illərdə Fransa təmsilçisi PSJ-nin baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi