Bakı. 3 sentyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Xorvatiya ilə 0:0 hesablı heç-heçə etdiyi AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" federasiya rəsmisinin açıqlamalarını təqdim edir...
- Xorvatiya kimi yığma komanda ilə qarşılaşmada 1 xal çox yaxşı nəticədir. Osiyekdəki ilk oyunda 0:6 hesablı məğlubiyyət psixoloji təsir etsə də, millimiz bu oyuna tamamilə yeni ruhla çıxdı, çox inamlı futbol oynadı.
Komandamız hətta 3 xal qazanmağa da çalışdı. 1 xalı gözləyirdiniz?
- Düzü, 1 xala ümid var idi. Amma ikinci hissədə komandamız irəli atıldıqda "Niyə də evdə 3 xal qazanmayaq?" fikirləri yarandı. Xorvatiya yığması qrupumuzun lideridir. Buna baxmayaraq, komandamız bizi, azarkeşləri sevindirdi.
- Qarşıda hələ oyunlarımız var. Necə düşünürsünüz: Prosineçki Foqtsun 10 xal rekordunu qıra biləcək?
- Unutmayaq ki, Prosineçki ilk 4 turdan sonra yığmaya rəhbərlik etməyə başladı. Bu səbəbdən, müqayisə etmək bir qədər çətindir.
- Malta ilə qarşılaşmadan nə gözləyirsiniz?
- Ora 3 xal dalınca gedirik.