Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb

Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.
Futbol
25 Noyabr , 2020 20:49
Elxan Məmmədov TFF rəhbərliyi ilə görüşüb
Elxan Məmmədov

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İstanbul şəhərində Türkiyə Futbol Federasiyasının (TFF) rəhbərliyi ilə görüşüb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, TFF-nin prezidenti Nihat Özdemir, birinci vitse-prezident Servet Yardımcı və baş katib Kadir Kardaşın iştirak etdiyi görüşdə E.Məmmədov “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının İstanbulda keçirilməsinə şərait yaradılması və Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında ev oyunları üçün TFF tərəfindən eyni təklifin verilməsinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından təşəkkürünü bildirib.

AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə Türkiyə Super Liqasındakı təcrübə nəzərə alınaraq Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi ilə bağlı ətraflı müzakirə aparılıb.

Son xəbərlər

Orphus sistemi