"Sumqayıt" futbol klubunda prezident vəzifəsi ləğv olunacaq

"Sumqayıt" futbol klubunda prezident vəzifəsi ləğv olunacaq Elxan Məmmədov: "Klub ilin sonunda Əsasnaməsini dəyişəcək"
Futbol
22 Sentyabr , 2015 09:43
Sumqayıt futbol klubunda prezident vəzifəsi ləğv olunacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Yaxın zamanlarda "Sumqayıt" futbol klubunda struktur dəyişikliyi baş verəcək. Bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. 

O, klubda prezident vəzifəsinin Müşahidə Şurası formatında fəaliyyət göstərən digər klublardakı kimi, icraçı direktorla əvəzlənəcəyini bildirib: "Mən bu məsələni klub rəhbərliyi ilə müzakirə etmişəm. İlin sonunda Ədliyyə Nazirliyində Əsasnaməni dəyişməlidirlər. Ona uyğun da sistem dəyişəcək. Müşahidə Şurası, sədr və icraçı direktor olacaq".

E.Məmmədov Sumqayıt şəhər icra hakimiyyəti başçısı vəzifəsində baş vermiş dəyişikliyin kluba hər hansı təsir ehtimallarına da münasibət bildirib. Baş katib bu məsələnin yeni rəhbərlikdən asılı olduğunu söyləyib: "İcra başçısının müavini Elgin Həbibullayev "Sumqayıt"ın Müşahidə Şurasında yer alır. Təbii ki, icra başçıları futbola böyük həvəslə yanaşsalar, həmin bölgədə futbol tez inkişaf edər". 

Qeyd edək ki, hazırda "Sumqayıt"ın prezidenti vəzifəsində Kamran Quliyev çalışır. 

Son xəbərlər

Orphus sistemi