AFFA-nın icraçı vitse-prezidenti könüllülərə təşəkkür etdi

AFFA-nın icraçı vitse-prezidenti könüllülərə təşəkkür etdi AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub.
Futbol
19 İyun , 2020 15:09
AFFA-nın icraçı vitse-prezidenti könüllülərə təşəkkür etdi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, E.Məmmədov fəal iştirakları ilə əlaqədar könüllülərə AFFA rəhbərliyi adından təşəkkürünü bildirib.

İcraçı vitse-prezident qeyd edib ki, 2020-ci il dövlət başçısının sərəncamı ilə “Könüllülər ili” elan olunub və gənclərin bu prosesdə iştirakı, könüllü kimi AFFA-nın yardım kampaniyasına öz töhfələrini verməsi təqdirəlayiq haldır.

Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara uyğun olaraq tətbiq edilən karantin müddətində AFFA yaşı 65-dən yuxarı olan bir neçə futbol veteranına həftədə 2 dəfə zəruri gündəlik tələbat malları ilə yardım edib. Yardımın çatdırılması AVRO-2020-nin könüllüləri vasitəsilə həyata keçirilib. 

Yardım kampaniyasında iştirak etmiş hər bir könüllü sertifikatla təltif olunub və videkonfrans zamanı həmin sertifikatların yaxın günlərdə könüllülərin ünvanlarına çatdırılacağı bildirilib.

Elxan Məmmədov
Elxan Məmmədov

Son xəbərlər

Orphus sistemi