Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü

Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Fotbol Assosiasiyasının rəsmiləri ilə görüşüb.
Futbol
8 Sentyabr , 2020 10:32
Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının prezidenti ilə görüşdü

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının (CFA) rəsmiləri ilə görüşüb. 

"Report"un məlumatına görə, görüşə CFA prezidenti Giorqos Kumas da qatılıb. Kumas Məmmədova UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan matçının vimpel və xatirə hədiyyəsini təqdim edib. 

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi