Elxan Məmmədov: "Uelsin narıncı siyahısında hələ də qalmağımızdan məyusuq"

Elxan Məmmədov: "Uelsin narıncı siyahısında hələ də qalmağımızdan məyusuq" "Hələlik normal həyata qayıtmamışıq. Amma buna çox yaxınıq. Restoranlar, barlar və ekskursiya mərkəzləri açıqdır və stadionlarda maska taxmaq məcburiyyəti yoxdur"
Futbol
10 İyun , 2021 16:34
Elxan Məmmədov: Uelsin narıncı siyahısında hələ də qalmağımızdan məyusuq
Elxan Məmmədov

"Hələlik normal həyata qayıtmamışıq. Amma buna çox yaxınıq. Restoranlar, barlar və ekskursiya mərkəzləri açıqdır, stadionlarda maska taxmaq məcburiyyəti yoxdur".

"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "The İndependent" nəşrinə açıqlamasında AVRO-2020 öncəsi Bakıda koronavirus pandemiyası ilə bağlı ümumi vəziyyət barədə danışarkən deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, əcnəbi azarkeşlərin viza ala bilməsi üçün COVID-19-a dair PCR testinin neqativ olması kifayət edir: "Ölkəyə gələn fanatlara karantin tətbiq edilməyəcək. Əminik ki, tərəfdarlar üçün təhlükəsizlik yüksək səviyyədə olacaq. Hətta yoluxma riskini minimuma endirmək üçün "Fan-zonalar" təşkil etmədik. Futbol Avropa çempionatına ev sahibliyi edəcək 11 şəhərin normal həyat tərzinə qayıdacağına ümid verir".

Məmmədov Azərbaycanın hələ də Uels hökumətinin pandemiya ilə bağlı narıncı siyahısında qalmasından məyusluğunu dilə gətirib: "Bu, 15 aylıq karantin dövründən sonra pozitivlik üçün əla fürsət idi. Azərbaycanda yoluxmanın azaldığını və qaydaların yumşaldıldığını nəzərə alsaq, futbol azarkeşləri üçün daha rahat olacaq. Burada söhbət təkcə Bakıdan deyil, Roma və digər təşkilatçı şəhərlərdən də gedir".

Uels millisinin futbolçuları qrupdakı hər 3 oyundan öncə diz üstə çökərək irqçiliyə etiraz edəcəklər. Məsələyə münasibət bildirən icraçı vitse-prezident azərbaycanlı fanatların buna hörmətlə yanaşacağını vurğulayıb: "Çünki biz irqçiliyə qarşı birlikdə mübarizə aparırıq. Hər zaman UEFA ilə bu məsələ barəsində həmrəylik nümayiş etdirmişik".

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi