"Danışılmış oyunlarla bağlı məsələlərlə əlaqədar digər idman növlərinin nümayəndələri də saxlanılıblar".
"Report"un məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
O deyib ki, məsələ çox ciddidir: "Onlar futbola daxil olaraq, təəssüf ki, danışıqlar aparıblar. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları ilə birgə iş aparılır".
E.Məmmədov hazırda milli komanda üzvləri, klub nümayəndələri və digər şəxslərin də ifadələrinin alındığını diqqətə çatdırıb.