Elxan Məmmədov: "Çempionatımızda böyük rəqabət var"

Elxan Məmmədov: "Çempionatımızda böyük rəqabət var" Bu gün Premyer Liqada çox maraqlı mövsümə yekun vurulacaq. Sözün əsl mənasında – çox maraqlı
Futbol
141
19 May , 2021 18:18
Elxan Məmmədov: Çempionatımızda böyük rəqabət var
Elxan Məmmədov

"Bu gün Premyer Liqada çox maraqlı mövsümə yekun vurulacaq. Sözün əsl mənasında – çox maraqlı! Aylar öncə qeyd etmişdik: çempionatımızda böyük rəqabət var və budur, son tur ərəfəsindəyik – hələ çempion bəlli deyil".

"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun rəsmi feysbuk səhifəsinə açıqlamasında Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turu barədə fikirlərini bölüşərkən deyib.

E.Məmmədov bildirib ki, nəinki 3-cü və 4-cü pillənin sahibi müəyyənləşməyib, hətta 5, 6, 7 və 8-ci yeri hansı komandanın tutacağı da bilinmir: "Pandemiya dövründə futbol yarışlarının keçirilməsinə icazə verən Nazirlər Kabineti yanında Operativ Qərargaha və COVID-19-la bağlı AFFA-nın müvafiq prosedurlarına riayət edən bütün aidiyyəti üzrə şəxslərə təşəkkür edir, koronavirusla əlaqədar heç da asan olmayan dövrdə mövsümü başa vuran komandalarımızı təbrik edirik".

Qeyd edək ki, son turda "Səbail" "Sumqayıt"ı, "Sabah" "Zirə"ni, "Keşlə" "Qəbələ"ni qəbul edir. "Neftçi" - "Qarabağ" matçı isə saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi