Elxan Məmmədov: "Belə çətin dövrdə təslim olmadığınız üçün sağ olun"

Elxan Məmmədov: "Belə çətin dövrdə təslim olmadığınız üçün sağ olun" "FIFA, UEFA və bir çox milli assosiasiya artıq 90 gündür Ukrayna xalqını fəal şəkildə dəstəkləyir. Ali futbol qurumu ölkəyə yardım göstərməkdə davam edirik".
Futbol
26 May , 2022 21:50
Elxan Məmmədov: Belə çətin dövrdə təslim olmadığınız üçün sağ olun

"FIFA, UEFA və bir çox milli assosiasiya artıq 90 gündür Ukrayna xalqını fəal şəkildə dəstəkləyir. Ali futbol qurumu ölkəyə yardım göstərməkdə davam edir".

"Report"un məlumatına görə, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfəri zamanı deyib.

Yerli futbol assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko və baş katibi Yuri Zapisotski, həmçinin, ölkənin gənclər və idman naziri Vadim Qutsaytla görüşən onlara sülh və futbolun tezliklə dirçəlməsini arzulayıb: "Belə çətin dövrdə təslim olmadığınız və futbolun inkişafını davam etdirdiyiniz üçün sağ olun. Əlbəttə, FİFA-nın Ukraynaya diqqət ayırması çox vacibdir, çünki biz ilk növbədə futbolu təbliğ edən təşkilatıq. Çox şadam ki, bu gün Ukraynanın paytaxtı Kiyevdəyəm. Ukraynalı həmkarlarımla söhbət etməkdən, paytaxtın və ölkənin bir çox başqa şəhərlərin əvvəlki aktiv həyata qayıtmasını öz gözlərimlə görməkdən məmnunam".

Məmmədovun sözlərinə görə, UAF komandasının öz işini fəal şəkildə davam etdirməsi sevindirici haldır: "Ukrayna futbolu nümunəvidir. 20 yaşadək futbolçulardan ibarət komandanızın dünya çempionluğunu qazanması böyük nailiyyətdir".

Son xəbərlər

Orphus sistemi