Elxan Məmmədov yeni baş katib təyinatından danışıb

Elxan Məmmədov yeni baş katib təyinatından danışıb AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasından sonra icraçı vitse-prezident Elxan Məmmədov affa.az-a açıqlama verib:
Futbol
17 Mart , 2022 13:24
Elxan Məmmədov yeni baş katib təyinatından danışıb

"Sadəcə, şəxsən mənim üçün sevindirici bir məqamı qeyd etmək istəyirəm ki, bu gün İcraiyyə Komitəsinin etimad göstərdiyi baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdır, addım-addım, pillə-pillə irəliləyib və bu illər ərzində müxtəlif tədbirlərdə, turnirlərdə zəruri təcrübəni toplayıb".

"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı prezidenti Elxan Məmmədov Sərxan Hacıyevin milli assosiasiyanın baş katibi təyin edilməsi barədə danışarkən deyib.

O, Hacıyevlə birlikdə fəaliyyətini davam etdirəcəyi üçün şad olduğunu bildirib: "Ona uğurlar arzulayıram və ümidvaram ki, bugünkü müvafiq qərar Azərbaycan futbolunun inkişafına, AFFA-nın simasında ölkəmizin futbol institutunun bəlli struktur əsasında idarə olunmasına öz töhfəsini verəcək".

Federasiya rəsmisi İcraiyyə Komitəsinin bugünkü iclasının səmərəli keçdiyini söyləyib: "Artıq ictimaiyyətə də bəlli olduğu kimi bu gündən mənim AFFA-nın baş katibi kimi fəaliyyətim başa çatdı. Bundan sonra assosiasiyada fəaliyyətimi 2020-ci il yanvarın 28-də AFFA-nın Hesabat-Seçki Konfransında keçirilmiş seçkinin nəticəsinə uyğun olaraq İcraiyyə Komitəsinin üzvü və qeyd olunan tarixdə İcraiyyə Komitəsinin iclasında qəbul olunmuş qərara uyğun olaraq, icraçı vitse-prezident olaraq davam etdirəcəyəm. 2007-ci ildən başlayaraq, 14 ildən artıq müddətdə AFFA-nın baş katibi vəzifəsində çalışmışam və görünür, fəaliyyətimdə müəyyən müsbət məqamlar olduğu üçün bu qədər uzun müddət ərzində mənə etimad göstərilib. Fürsətdən istifadə edib bu yüksək etimada görə AFFA rəhbərliyinə, İcraiyyə Komitəsinə təşəkkürümü bildirirəm".

E.Məmmədovun sözlərinə görə, Baş katib vəzifəsinin həvalə olunduğu Sərxan Hacıyev AFFA-ya və Azərbaycan futbol ailəsinə yad sima deyil, futbol ictimaiyyətində tanınan şəxsdir: "O, 2009-cu ildən AFFA-da mütəxəssis vəzifəsində çalışmağa başlayıb. Ardınca Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonra isə – 2012-ci ildən bu günə qədər baş katibin müavini vəzifəsində işləyib. Sərxan Hacıyevin təcümeyi-halı AFFA-nın saytında yerləşdirilib, çox da təfərrüata varmaq istəmirəm".

Son xəbərlər

Orphus sistemi