Elxan Məmmədov: "AVRO-2020-nin formatının dəyişdiriləcəyinə inanmıram"

Elxan Məmmədov: "AVRO-2020-nin formatının dəyişdiriləcəyinə inanmıram" "UEFA-nın baş katibinin xüsusi məktubu var. Onlar da səbrsizliklə turniri gözləyirlər. 2 gün öncə UEFA bununla bağlı konfrans keçirdi".
Futbol
29 Yanvar , 2021 13:39
Elxan Məmmədov: AVRO-2020-nin formatının dəyişdiriləcəyinə inanmıram
Elxan Məmmədov

"UEFA-nın baş katibinin xüsusi məktubu var. Onlar da səbrsizliklə turniri gözləyirlər. 2 gün öncə UEFA bununla bağlı konfrans keçirdi. Mən də orada öz mövqeyimizi dedim. Təəssüf ki, UEFA yekun qərarını apreldə açıqlayacaq".

"Report"un məlumatına görə, bunu AFFA-nın icraçı-vitse-prezidenti Elxan Məmmədov deyib. Milli assosiasiya rəsmisi bildirib ki, AVRO-2020-nin təşkil olunacağı 12 şəhərin vəziyyəti tam fərqlidir. Onun fikrincə, hər şəhərə uyğun standart tətbiq olunacaq".

E.Məmmədov Bakının Avropa çempionatının oyunlarına ev sahibliyi etməsi baxımından imkanlarını da dəyərləndirib: "Bəzi Qərb ölkələrində sərt karantin rejimi tətbiq olunur. Bizdə isə müəyyən məhdudiyyətlər yumşaldılıb. Ümid edirəm ki, bundan sonra sərtləşmə olmayacaq. Amma heç kim buna zəmanət verə bilməz. Həftədə bir dəfə ümumi vəziyyəti müzakirə edirik. İnanmıram ki, UEFA formatı dəyişəcək. Təbii ki, kiminsə imtina etməsi istisna deyil. Stadionların 100 faiz azarkeşlərə qayıdışı sual altındadır. Müxtəlif ssenarilər var".

Qeyd edək ki, Avropa çempionatı bu il 11 iyun - 11 iyulda keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi