Elşən Abdullayev: "Xəzər Lənkəran" çox gözəl mübarizə apardı. Biz bunu gözləmirdik"

Elşən Abdullayev: "Xəzər Lənkəran" çox gözəl mübarizə apardı. Biz bunu gözləmirdik" "Bu qələbəni azarkeşlərə həsr edirik"
Futbol
1992
14 Fevral , 2016 08:44
Elşən Abdullayev: Xəzər Lənkəran çox gözəl mübarizə apardı. Biz bunu gözləmirdik

Bakı. 14 fevral. REPORT.AZ/ ""Xəzər Lənkəran" çox gözəl mübarizə apardı. Biz bunu gözləmirdik. Onları təbrik etmək istərdim". "Report" xəbər verir ki, bunu "Xəzər Lənkəran" komandası ilə qarşılaşmadan sonra yeganə qolun müəllifi "Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev deyib.

"Bu qələbə üçün bütün komanda mübarizə aparıb. Əlbəttə, bu qarşılaşmada payım olduğu üçün sevinirəm. Amma qəhrəman olduğumu deməzdim, bu qələbədə bütün komanda qəhrəmandı", - deyən futbolçu, qeyd edib ki, "Neftçi" qarşılaşmada bir çox fürsəti əldən versə də sonda rəqib qapısından bir cavabsız top keçirə bilib. 

"Qələbəni azarkeşlərə həsr edirik", - deyən E.Abdullayev, hesab edir ki, "Qarabağ" klubu ilə qarşılaşmada da qələbə üçün maksimum səy göstərilməlidir. "Bizi heç-heçə də qane etmir. Ancaq qələbə", - deyə “ağ-qaralar”ın yarımmüdafiəçisi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi