"Sabah"ın baş məşqçisi: "İlk qol bizə motivasiya verdi"

"Sabah"ın baş məşqçisi: "İlk qol bizə motivasiya verdi" Bakı. 2 fevral. REPORT.AZ/ Sabahın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XV turunda Zirəni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Futbol
2 Fevral , 2019 19:23
Sabahın baş məşqçisi: İlk qol bizə motivasiya verdi

Bakı. 2 fevral. REPORT.AZ/ "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XV turunda "Zirə"ni səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Matç maraqlı keçdi. Startda azlıqda qalsaq da, futbolçular ruhdan düşmədi. Təzyiqi davam etdirdik. İlk qol bizə daha da motivasiya verdi. Rəqibə cəmi qol şansı vedik ki, bu da düşünülmüş deyildi.

- Yeni transferlərlə boşluqlar aradan qalxıb, yoxsa heyətinizə yeni oyunçu cəlb edəcəksiniz?

- Bir hücumçuya ehtiyac var. Ola bilər, bunu etdik. Yeni futbolçularımız özünü yaxşı tərəfdən göstərdilər.

Qeyd edək ki, "Sabah" klubu Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına qələbə ilə başlayıb.

Son xəbərlər

Orphus sistemi