Elnur Əşrəfoğlu "Neftçi" - "Zirə" matçından əvvəl anılıb, oyun sükutla başlayıb

Elnur Əşrəfoğlu "Neftçi" - "Zirə" matçından əvvəl anılıb, oyun sükutla başlayıb Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Neftçi" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının VIII tur oyunundan əvvəl anılıb.
Futbol
23 Oktyabr , 2021 18:15
Elnur Əşrəfoğlu Neftçi - Zirə matçından əvvəl anılıb, oyun sükutla başlayıb

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi "Neftçi" və "Zirə" komandaları arasında Azərbaycan Premyer Liqasının VIII tur oyunundan əvvəl anılıb.

"Report"un məlumatına görə, flaqmanın təşəbbüsü ilə matçın başlamasına 15 dəqiqə qalmış "Bakcell Arena"nın tablolarında Əşrəfoğlunun həyat yolundan bəhs edən sujet nümayiş olunub.

Qarşılaşma isə saat 18:15-də 1 dəqiqəlik sükutla start götürüb.

Xatırladaq ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.

Son xəbərlər

Orphus sistemi