Elmar Baxşıyev: "Rəqibi düzgün təhlil edib, futbolçuları oyuna hazırlaya bildik"

Elmar Baxşıyev: "Rəqibi düzgün təhlil edib, futbolçuları oyuna hazırlaya bildik" Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Səbail”lə heç-heçə edən “Qəbələ”nin baş məşqçisi əvəzi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransı keçirib.
Futbol
21 Sentyabr , 2019 22:30
Elmar Baxşıyev: Rəqibi düzgün təhlil edib, futbolçuları oyuna hazırlaya bildik

Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Səbail”lə heç-heçə edən “Qəbələ”nin baş məşqçisi əvəzi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqqqında fikirlərini bölüşüb.

O, görüşün ağır keçdiyini deyib: “Səbail” yerli futbolçulardan təşkil olunmuş yaxşı komandadır. Rəqibi düzgün təhlil edib, futbolçuları oyuna yaxşı hazırlaya bildik. “Sumqayıt”la yoxlama oyunundan başlayaraq artan qrafik cızırıq. Bu da məni sevindirir. Hazırda iki zədəlimiz var. Daha yaxşısını edə bilərik".

Baxşıyev ikinci yarıda müdafiəyə çəkilmələrinə də münasibət bildirib: "Futbolçulara belə bir tapşırıq verməmişdim. Yəqin ki, rəqib də təzyiq göstərdi".

Son xəbərlər

Orphus sistemi