"Düşündüklərimizi təlim-məşq toplanışında görə bildik. Komanda meydanda dominant oynamağa çalışırdı".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında Rumıniyanın “Çiksereda” komandasına 2:1 hesabı ilə qalib gəldikləri son yoxlama oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan "Fehervar"ına qarşı keçirəcəkləri matça 9 gün vaxtlarının qaldığını xatırladan 42 yaşlı mütəxəssis bu müddətdə daha da yaxşı olacaqlarını bildirib: "Ümumilikdə istədiyimi bu gün meydanda görə bildim. Futbolçuların hərəkətliliyi bizi məmnun etdi. Komandanın hazırlığını faizlə dəyərləndirməzdim. Amma gündən-günə daha yaxşı olduğunu məşqlərdə görürük".
Qeyd edək ki, "Qəbələ" "Fehervar"la oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.