Elmar Baxşıyev: "İlk turlarda optimal formaya yaxın olacağıq"

Elmar Baxşıyev: "İlk turlarda optimal formaya yaxın olacağıq" "Düşündüyümüz plan üzrə ikinci oyunumuz oldu".
Futbol
21 Yanvar , 2022 18:58
Elmar Baxşıyev: İlk turlarda optimal formaya yaxın olacağıq

"Düşündüyümüz plan üzrə ikinci oyunumuz oldu".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında Şimali Makedoniyanın "Borats" komandasına 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri bütün komandanın oyun yükünü hiss etməsidir: "Xətlərarası əlaqəni getdikcə daha da yaxşılaşdıracağıq. İki oyun arasında fərqi hiss etdik. Komada gündən-günə daha artığını edəcək və yaxşı formada olmağa çalışacaq".

O, komandasının hazırlıq prosesini də dəyərləndirib: "Ümumi götürsək, komanda 10 gündür bir yerdədir. Bu, az müddətdir. İlk turlarda 80-90 faiz optimal formaya yaxın olacağıq. İstəyərdik ki, geniş heyətimiz olsun. Amma hər şeyi nəzərə almalıyıq. Yeni transfer Patrik Robsonun bizə tez qoşulmasını gözləyirik. Düşünürəm ki, çempionatda ağır da olsa, boşluğu aradan qaldıra biləcək gücdəyik. Komandadan meydançada istədiklərimizi görmək istəyirəm. Əsas onların yanaşması düzgün olmalıdır. Sevindiricidir ki, bütün futbolçular səylə çalışırlar. Mövsüm üçün hədəf qoymamışıq. Qarşıdakı görüşü fikirləşirik".

Son xəbərlər

Orphus sistemi