Elmar Baxşıyev: "Etiraza görə cəza verirlərsə, sağ olsunlar"

Elmar Baxşıyev: "Etiraza görə cəza verirlərsə, sağ olsunlar" "Komanda verilən tapşırığı yerinə yetirməyə çalışırdı. Oyunumuzdan razı qaldım. Daha yaxşısını edəcəyimizə inanıram. Qara zolaqda deyilik. Yenidən özümüzü göstərəcəyik".
Futbol
15 Aprel , 2022 19:04
Elmar Baxşıyev: Etiraza görə cəza verirlərsə, sağ olsunlar

"Komanda verilən tapşırığı yerinə yetirməyə çalışırdı. Oyunumuzdan razı qaldım. Daha yaxşısını edəcəyimizə inanıram. Qara zolaqda deyilik. Yenidən özümüzü göstərəcəyik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"la 1:1 hesablı hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIII tur matçından sonra keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, hakim səhvləri ardıcıl olur və hər oyun onların başına gəlir: "Epizodlar onlara və bizə fərqli görünür. Etirazımı normal qarşılamaq lazımdır. Buna görə cəza verirlərsə, sağ olsunlar".

Baxşıyev komandasının daha çox hücumda olduğunu söyləyib: "Çoxsaylı epizodlar yaratdıq. Sadəcə, dəyərləndirməkdə çətinlik çəkdik. İddiamızdan əl çəkməyəcəyik. Sonadək iddiamızı meydanda göstərəcəyik".

Son xəbərlər

Orphus sistemi