İrlandiyada qapıçı meydançanın komandasına aid hissəsindən qol vurub - VİDEO

İrlandiyada qapıçı meydançanın komandasına aid hissəsindən qol vurub - VİDEO Bakı. 13 yanvar. REPORT.AZ/ İrlandiyanın Qlentoran futbol klubunun qapıçısı Elliott Moriss karyerasında ilk dəfə olaraq oyun zamanı meydançanın komandasına aid hissəsindən rəqib qapısına qol vurub.
Futbol
281
13 Yanvar , 2019 04:59
İrlandiyada qapıçı meydançanın komandasına aid hissəsindən qol vurub - VİDEO

Bakı. 13 yanvar. REPORT.AZ/ İrlandiyanın "Qlentoran" futbol klubunun qapıçısı Elliott Moriss karyerasında ilk dəfə olaraq oyun zamanı meydançanın komandasına aid hissəsindən rəqib qapısına qol vurub.

"Report" xəbər verir ki, qolu əks etdirən videogörüntü "BBC Sport NI" "Twitter"dəki akkauntuna yerləşdirilib.

Qeyd edilir ki, 37 yaşlı qapıçı "İnstitut" komandası ilə matçda, Şimali İrlandiya çempionatının 25-ci turunda fərqlənib. O, oyunun 10-cu dəqiqəsində, cərimə zərbəsi ilə topu rəqib komandanın qapısından keçirib.

Beləliklə, qapıçı "Qlentoran"ın "İnstitut" üzərində 2:0 hesabı ilə qələbə qazanmasına kömək edib.

Son xəbərlər

Orphus sistemi