Əliyar Ağayev Qəbələdə futbolçular arasında davanın qarşısını alıb

Əliyar Ağayev Qəbələdə futbolçular arasında davanın qarşısını alıb "Qəbələ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XIX tur matçında insident baş verib.
Futbol
13 Mart , 2022 16:48
Əliyar Ağayev Qəbələdə futbolçular arasında davanın qarşısını alıb

"Qəbələ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XIX tur matçında insident baş verib.

"Report"un məlumatına görə, meydan sahiblərinin futbolçusu Fernan Lopesin qonaqların yarımmüdafiəçisi Ahmed Ayzayaya qarşı kobudluğundan sonra meydanda gərginlik yaşanıb.

Lakin görüşün baş hakimi Əliyar Ağayev dərhal məsələyə müdaxilə edərək davanın qarşısını alıb.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşmada hazırda fasilədir. İlk hissədən sonra hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi