Əliyar Ağayev Misir Kubokunun yarımfinal oyununa təyinat alıb

Əliyar Ağayev Misir Kubokunun yarımfinal oyununa təyinat alıb Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayevə Misir Futbol Federasiyasından dəvət gəlib.
Futbol
31 Avqust , 2019 14:30
Əliyar Ağayev Misir Kubokunun yarımfinal oyununa təyinat alıb

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayevə Misir Futbol Federasiyasından dəvət gəlib. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 32 yaşlı FIFA referisinin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunda “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək yarımfinal oyununa təyinat alıb. Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. 

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.

Bu təyinatla əlaqədar Azərbaycan Premyer Liqasının III turunun 3 oyununun hakim təyinatlarında dəyişiklik edilib. “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək. “Neftçi” - “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev, “Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq.

Orphus sistemi