Əliyar Ağayev Kiyev "Dinamo"sunun oyununa təyinat alıb

Əliyar Ağayev Kiyev "Dinamo"sunun oyununa təyinat alıb Azərbaycanın FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Futbol
10 Dekabr , 2019 14:37
Əliyar Ağayev Kiyev Dinamosunun oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. 

"Report"un məlumatına görə, 32 yaşlı hakim B qrupunda Ukraynanın "Dinamo" (Kiyev) və İsveçrənin "Luqano" komandalarının matçında iş başında olacaq. Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək. 

Qeyd edək ki, dekabrın 12-də Ukraynada keçiriləcək görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi