Əliyar Ağayev DÇ-2022-nin seçmə oyununa təyinat alıb

Əliyar Ağayev DÇ-2022-nin seçmə oyununa təyinat alıb Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. "Report"un məlumatına görə, 34 yaşlı baş hakim 2022-ci il dünya çempionatının Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə oyununu idarə edəcək.
Futbol
5 Sentyabr , 2021 13:20
Əliyar Ağayev DÇ-2022-nin seçmə oyununa təyinat alıb
Əliyar Ağayev

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. "Report"un məlumatına görə, 34 yaşlı baş hakim 2022-ci il dünya çempionatının Slovakiya və Kipr milliləri arasında keçiriləcək seçmə oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev isə dördüncü hakim qismində yardımçı olacaq.

VAR hakimləri italiyalı Massimiliano İrratti və Stefano Alassio, hakim-inspektor ingiltərəli Stefan Lodc, FIFA nümayəndəsi isə rumıniyalı Oktavian Qoqadır.

Qeyd edək ki, sentyabrın 7-də Slovakiyanın paytaxtı Bratislavadakı Milli Stadionda təşkil olunacaq H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi