Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb FİFA referisi "Latsio" - “Apollon” oyununu idarə edəcək
Futbol
121
17 Sentyabr , 2018 12:20
Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin “Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək. 

Ona  Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - “Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.   

Son xəbərlər

Orphus sistemi