Əliyar Ağayev Avropa kuboklarında növbəti oyunlara təyinat alacaq

Əliyar Ağayev Avropa kuboklarında növbəti oyunlara təyinat alacaq Xaqani Məmmədov: "Onu belə bir təyinat gözləyir"
Futbol
24 Yanvar , 2017 13:49
Əliyar Ağayev Avropa kuboklarında növbəti oyunlara təyinat alacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa kuboklarında növbəti oyunlara təyinat alacaq. "Report"un məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında bildirib.

O bildirib ki, təyinatlar yanvarın 30-da İspaniyanın Malaqa şəhərində TOP və 1-ci qrupa daxil olan FIFA referiləri üçün UEFA-nın təşkilatçılığı ilə keçiriləcək kursdan sonra veriləcək: "Hər il yanvarın sonları - fevralın əvvəllərində UEFA Hakimlər Komitəsi Elit və I kateqoriyaya daxil olan hakimlər üçün kurs təşkil edir. Həmin kursların yekun nəticəsində bütün iştirakçı hakimlərə təyinatlar verilir. Söhbət Çempionlar Liqası və Avropa Liqasının "pley-off" mərhələlərindən gedir. Bizdə olan məlumata görə, Əliyar Ağayevi də belə bir təyinat gözləyir".

Məmmədovun fikrincə, Türkiyənin Antalya bölgəsində keçirdikləri təlim-məşq toplanışı Ağayev üçün böyük əhəmiyyət kəsb edib: "Antalyada onunla əlavə məşqlər aparılıb. Deyə bilərəm ki, Ağayev UEFA kursuna hazırdır və dərslərdə uğurla iştirak edəcək".

Qeyd edək ki, qitə miqyaslı turnirlərdə mövsümün ikinci yarısına fevralın ortalarında start veriləcək. 14-15 fevral və 21-22 fevralda Çempionlar Liqasının ilk 1/8 final oyunları keçiriləcək. Cavab görüşləri 7-8 mart və 14-15 martda olacaq. Avropa Liqasında isə 16 fevral və 22-23 fevralda 1/16 final matçları baş tutacaq.    

Son xəbərlər

Orphus sistemi