Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək

Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb.
Futbol
15 Noyabr , 2019 12:34
Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev AVRO-2020-nin seçmə mərhələ matçına təyinat alıb. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı beynəlxalq dərəcəli hakim F qrupunun Malta – Norveç oyununu idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 18-də Ta Qalidəki Milli stadionda keçiriləcək Malta – Norveç matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi