Əli Daei Ronaldunu təbrik etdi

Əli Daei Ronaldunu təbrik etdi "Mənim üçün böyük şərəfdir ki, belə bir ali nailiyyət ona qismət olacaq
Futbol
353
24 İyun , 2021 10:15
Əli Daei Ronaldunu təbrik etdi
Kriştianu Ronaldu

Cənubi azərbaycanlı futbolçu Əli Daei milli komandada vurulan qol sayı üzrə beynəlxalq rekorduna Kriştianu Ronaldunun şərik çıxmasına münasibət bildirib.

"Report"un məlumatına görə, İran millisinin sabiq hücumçusu Portuqaliya yığmasının kapitanının Fransa ilə qarşılaşmada "dubl" edərək onunla bərabərləşməsindən sonra açıqlama verib.

"Ronaldunu təbrik edirəm. Hazırda hər ikimizin 109 qolu var. Beynəlxalq rekordumu qırmaq üçün ona bir qol kifayət edəcək" deyən Daei "Mənim üçün böyük şərəfdir ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştianu böyük çempion və böyük insandır. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir" əlavə edib.

Qeyd edək ki, Kriştianu Ronaldu Fransa ilə 2:2 hesablı heç-heçəyə imza atdlıqları qarşılaşmada penaltilərlə "dubl" müəllifi olub.

Son xəbərlər

Orphus sistemi