"El-Klassiko": “Real Madrid” “Barselona”ya qalib gəldi

"El-Klassiko": “Real Madrid” “Barselona”ya qalib gəldi İspaniya La Liqasında yeni mövsümün "El-Klasiko" matçı keçirilib.
Futbol
24 Oktyabr , 2020 19:55
El-Klassiko: “Real Madrid” “Barselona”ya qalib gəldi

İspaniya La Liqasında yeni mövsümün "El-Klasiko" matçı keçirilib.

"Report" xəbər verir ki, ölkə çempionatında 2020/2021 mövsümündə “Barselona” və “Real Madrid” arasındakı matç VII tura təsadüf edib.

“Nou Kamp” stadionunda keçirilən görüş “Real Madrid”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 5-ci dəqiqədə “Real Madrid” açıb. Fedriko Valverde Kərim Benzemanın ötürməsindən sonra qapıçı ilə təkbətək çıxaraq fərqlənə bilib. Qoldan üç dəqiqə sonra meydan sahibləri hesabda bərabərliyi təmin edib - Ansu Fati fərqlənib.

İkinci hissədə üstünlüyü artıran “Real Madrid” yenidən hesabda önə keçib. Qarşılaşmanın 63-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Serxio Ramos dəqiq yerinə yetirib. Görüşün 90-cı dəqiqəsində Madrid təmsilçisi oyunda son nöqtəni qoyub. Oyuna yenicə daxil olmuş Luka Modriç adını tabloya yazdırıb. Bununla da 181-ci “El-Klassiko”da “Real Madrid” güclü olub.

İndiyədək keçirilən görüşlərdə “Real Madrid” 73, “Barselona” isə 72 dəfə qalib olub. Otuz beş oyun heç-heçə başa çatıb.

Qeyd edək ki, ikinci "El-Klasiko" XXX turda - 2021-ci il aprelin 11-də Madriddəki “Santyaqo Bernabeu” stadionunda oynanılacaq.

Son xəbərlər

Orphus sistemi