El-Klasiko: "Real Madrid" "Barselona"ya qalib gələrək finala yüksəlib

El-Klasiko: "Real Madrid" "Barselona"ya qalib gələrək finala yüksəlib Futbol üzrə İspaniya Super Kubokuna start verilib.
Futbol
803
13 Yanvar , 2022 01:32
El-Klasiko: Real Madrid Barselonaya qalib gələrək finala yüksəlib

Futbol üzrə İspaniya Super Kubokuna start verilib.

"Report"un məlumatına görə, ilk dəfə 4 komandanın iştirakı ilə gerçəkləşən Superkubokun ilk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gəlib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "Kral Fahd" stadionunda oynanılan El-Klasiko Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 25-ci dəqiqədə "kral klubu"nun hücumçusu Vinisius Junior açıb. 41-ci dəqiqədə Kataloniya təmsilçisinin heyətində Lük de Yonq tarazlığı bərpa edib. 72-ci dəqiqədə Kərim Benzema yenidən "Real Madrid"i önə keçirsə də, cəmi 11 dəqiqə sonra Ansu Fati hesabı bərabərləşdirib. Beləliklə, 90 dəqiqədə qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə 3-cü topu rəqibin qapısından keçirən Federiko Valverde Karlo Ançelottinin baş məşqçi olduğu kollektivi finala yüksəldib. Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsi olub.

"Real Madrid"in həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi