Ekvadorlu futbolçunun "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşdi

Ekvadorlu futbolçunun "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşdi "Qarabağ" klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ın zədəli futbolçusu Pervis Estupinyanın durumuna aydınlıq gəlib.
Futbol
16 Oktyabr , 2020 09:29
Ekvadorlu futbolçunun Qarabağa qarşı oynamayacağı dəqiqləşdi
Pervis Estupinyan

"Qarabağ" klubunun Avropa Liqasının I qrupundakı rəqiblərindən İspaniya "Vilyarreal"ın zədəli futbolçusu Pervis Estupinyanın durumuna aydınlıq gəlib.

"Report" La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, millinin düşərgəsində zədələnən ekvadorlu müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu isə o deməkdir ki, 22 yaşlı oyunçu Avropa Liqasının I qrupunun 2-ci turunda Ağdam klubuna qarşı matçı buraxacaq.

Qeyd edək ki, oktyabrın 29-da keçiriləcək "Qarabağ" - "Vilyarreal" görüşü saat 21:55-də start götürəcək. Azərbaycan çempionu ilk turda isə İsrail "Makkabi"sinin (Tel-Əviv) qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi