Ekvadorda futbolçu 70 metrdən çox məsafədən qol vurub

Ekvadorda futbolçu 70 metrdən çox məsafədən qol vurub Ekvadorun "İndependyente del Valye" klubunun futbolçusu Fernando Qaybor meydanın özlərinə aid hissəsindən baxımlı qol vurub.
Futbol
12 İyul , 2022 12:01
Ekvadorda futbolçu 70 metrdən çox məsafədən qol vurub

Ekvadorun "İndependyente del Valye" klubunun futbolçusu Fernando Qaybor meydanın özlərinə aid hissəsindən baxımlı qol vurub.

"Report"un məlumatına görə, bu, Qayborun komandasının "Kumbaya"ya 2:0 hesabı ilə qalib gəldiyi ölkə çempionatı matçında baş verib. 90+4-cü dəqiqədə rəqib qapıçının önə çıxdığını görən 31 yaşlı yarımmüdafiəçi topa zərbə endirib. Nəticədə 70,9 metr məsafədən qol qeydə alınıb. Bu, Ekvador futbolunda yeni rekorddur.

Qeyd edək ki, Fernando Qaybor oyuna sonradan daxil olub və meydanda cəmi 27 dəqiqə qalıb. Ekvadorlu futbolçu bu müddətdə sarı vərəqə ilə də yadda qalıb.

Son xəbərlər

Orphus sistemi