Eden Azar "Real Madrid"in məşqində zədələnib

Eden Azar "Real Madrid"in məşqində zədələnib İspaniyanın Real Madrid komandasının aparıcı futbolçularından hesab olunan Eden Azar zədələnib.
Futbol
16 Avqust , 2019 17:28
Eden Azar Real Madridin məşqində zədələnib

İspaniyanın "Real Madrid" komandasının aparıcı futbolçularından hesab olunan Eden Azar zədələnib. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Madrid təmsilçisinin məşqində xəsarət alıb. 

Tibbi müayinədən sonra belçikalı oyunçunun sağ bud əzələsinin zədələndiyi aşkar olunub. Azarın bərpasının dəqiq vaxtı açıqlanmayıb. 

Qeyd edək ki, "Real Madrid" sabah İspaniya La Liqasının ilk turunda səfərdə "Selta" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. E.Azar bu mövsüm İngiltərə "Çelsi"sindən "Real Madrid"ə keçib. 

Son xəbərlər

Orphus sistemi