Eddi İsrafilov Azərbaycan yığmasını seçməsinin səbəbini açıqlayıb

Eddi İsrafilov Azərbaycan yığmasını seçməsinin səbəbini açıqlayıb "Elə şeylər təklif etdilər ki..."
Futbol
28 Yanvar , 2015 12:19
Eddi İsrafilov Azərbaycan yığmasını seçməsinin səbəbini açıqlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ İspaniyanın "Qranada" klubunda çıxış edən Eddi İsrafilov futbol üzrə Azərbaycan milli komandasını seçməsinin səbəbini açıqlayıb. "Report"un məlumatına görə, 23 yaşlı hücumçu "Marca"ya müsahibəsində AFFA-dan cəlbedici və heyrətamiz təklif aldığını bildirib.

İsrafilov dərindən düşündükdən sonra təklifi qəbul etdiyini söyləyib: "Azərbaycan futbolunda yaxşı işlər görülür. Elə şeylər təklif etdilər ki, məni düşünməyə vadar etdi və yaxşı mənada təəccübləndirdi. Nəticədə müqavilə bağladım. Bu, üzərində çox düşündüyüm qərar idi".

Gənc futbolçu Azərbaycan yığmasını seçməsinin onu daha çox yol qət etmə məcburiyyətində qoyduğunu da vurğulayıb. O, millinin heyətində debütünü İspaniyaya qarşı etmək istədiyini bildirib: "İspaniya yığması yeganə komandadır ki, mənə zəng etmədi. Amma indiki halda bu komandaya qarşı oynamağım çətin məsələdir".

Qeyd edək ki, Eddi İsrafilov 1992-ci il avqustun 2-də İspaniyada doğulub. Onun atası anqolalı, anası azərbaycanlıdır. 

Son xəbərlər

Orphus sistemi