Bakı. 22 avqust. REPORT.AZ/ Avropa Klublar Assosiasiyasının (ECA) sədri Karl-Haynts Rummenigge yay transfer "pəncərə"sinin avqustun 31-də bağlanmasına qarşı çıxıb.
“Report”un "goal.com"a istinadən məlumatına görə, Almaniyanın “Bavariya” klubunun İdarə Heyətinin də sədri olan 62 yaşlı mütəxəssis bununla bağlı açıqlama verib. O bildirib ki, transfer "pəncərə"si ən geci milli çempionatlar başlayanadək bağlanmalıdır: “Əvvələr UEFA da bunun tərəfdarı idi. "Pəncərə" ən geci milli çempionatlar başlayanadək bağlanmalıdır. Yoxsa hər şey komik hala çevrilir”.
Rummuniqe hesab edir ki, Avropa klubları UEFA-da bu məsələni qaldırmaq imkanını nəzərdən keçirməlidirlər.
Qeyd edək ki, daha əvvəl oxşar tələblə Dortmund “Borussiya”sının icraçı direktoru Hans-Yoahim Vatske də çıxış edib.