ECA-nı UEFA-da təmsil edəcək şəxslər bəlli oldu

ECA-nı UEFA-da təmsil edəcək şəxslər bəlli oldu Əl-Xəlafi və Rummenigge 2024, Tebas isə 2025-ci ilədək sözügedən vəzifəni icra edəcəklər
Futbol
20 Aprel , 2021 16:11
ECA-nı UEFA-da təmsil edəcək şəxslər bəlli oldu

İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində Avropa Klublar Birliyini (ECA) qitə futbol qurumunda təmsil edəcək yeni nümayəndələr bəlli olub.

"Report"un məlumatına görə, Fransa PSJ-sinin prezidenti Nasser Əl-Xəlafi, Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və İspaniya La Liqasının prezidenti Xavyer Tebas ECA təmsilçiləri olaraq təsdiqləniblər.

Əl-Xəlafi və Rummenigge 2024, Tebas isə 2025-ci ilədək sözügedən vəzifəni icra edəcəklər.

Qeyd edək ki, İtaliyanın "Yuventus" klubunun prezidenti Andrea Anyelli Avropa Klublar Birliyinin prezidenti vəzifəsindən istefa verib.

Son xəbərlər

Orphus sistemi