ECA FİFA və UEFA-nı beynəlxalq oyunların sayını azaltmağa çağırıb

ECA FİFA və UEFA-nı beynəlxalq oyunların sayını azaltmağa çağırıb "Biz siyasət yox, futbol barədə daha çox düşünməliyik"
Futbol
28 Mart , 2017 15:21
ECA FİFA və UEFA-nı beynəlxalq oyunların sayını azaltmağa çağırıb

Bakı. 28 mart. REPORT.AZ/ Avropa Klublar Assosiasiyası (ECA) FİFA və UEFA-nı beynəlxalq oyunların sayını azaltmağa çağırıb. 

"Report"un məlumatına görə, bu barədə Yunanıstanın paytaxtı Afinada keçirdiyi mətbuat konfransında ECA-nın prezidenti Karl-Haynts Rummenigge açıqlama verib. O, məsələni qurumun Baş Assambleyasında müzakirə etdiklərini bildirib. Almaniyalı funksionerin fikrincə, beynəlxalq matçların sayının azaldılması oyunçuları müdafiə etmək üçün lazımdır: "Biz siyasət yox, futbol barədə daha çox düşünməliyik". 

Qeyd edək ki, ECA Avropa səviyyəsində futbol klublarının maraqlarını birbaşa müdafiə edən yeganə müstəqil orqandır. Assosiasiyanın məqsədi klubların futbolda aparıcı rolunu əks etdirən yeni, daha demokratik idarəçilik modeli yaratmaqdan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi