Millimizin hücumçusu: "Rəşad Sadıqov yığma üçün ideal variantdır"

Millimizin hücumçusu: "Rəşad Sadıqov yığma üçün ideal variantdır" İstəyirəm ki, yığmada yerli və xarakterli baş məşqçi olsun. Ad çəkmək istəmirəm, amma yerli mütəxəssisin tərəfdarıyam.
Futbol
3 Mart , 2020 10:04
Millimizin hücumçusu: Rəşad Sadıqov yığma üçün ideal variantdır
google.az

"İstəyirəm ki, yığmada yerli və xarakterli baş məşqçi olsun. Ad çəkmək istəmirəm, amma yerli mütəxəssisin tərəfdarıyam".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov deyib.

"Zirə" klubunda çıxış edən 27 yaşlı hücumçu bildirib ki, yığmada oyunçuları və onların xarakterini tanıyan mütəxəssis çalışmalıdır: "Ramil Şeydayev açıqlamasında Rəşad Sadıqov deyib. Şəxsən mən də Rəşad Sadıqov deyərdim. Nəyə görə? Çünki Ramil Şeydayev bu fikri səsləndiribsə, elə-belə deməyib. Bizim xarakterimizi bilən, matçlara kökləndirən ancaq xarakterli biri olmalıdır. Düşünürəm ki, Rəşad Sadıqov milli üçün ideal variantdır".

Qeyd edək ki, Rəşad Sadıqov daha öncə Azərbaycanın U-21 millisinə rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi