Duşan Tadiç: "Avropa çempionu da Azərbaycana qarşı mübarizə aparır"

Duşan Tadiç: "Avropa çempionu da Azərbaycana qarşı mübarizə aparır" "Buna görə oyunlara yaxşı köklənməliyik"
Futbol
26 Mart , 2021 10:56
Duşan Tadiç: Avropa çempionu da Azərbaycana qarşı mübarizə aparır
Duşan Tadiç

"Baş məşqçinin istədiklərini etməyə çalışdıq. Oyunumuzda yaxşı və pis amillər var idi".

"Report"un məlumatına görə, bu fikirləri Serbiya yığmasının futbolçusu Duşan Tadiç İrlandiyanı evdə 3:2 hesabı ilə məğlub etdikləri dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

Niderlandın "Ayaks" klubunda çıxış edən 33 yaşlı hücumçu mənfi amilləri düzəltməyə çalışacaqlarını bildirib.

Tadiç A qrupundakı Portuqaliya - Azərbaycan matçına da toxunub: "Hətta Avropa çempionu Portuqaliya da Azərbaycanla mübarizə aparır. Buna görə oyunlara yaxşı köklənməliyik. Portuqaliya Avropa çempionudur, özümüzə inanmalıyıq. Baş məşqçi də bizə bunu aşılamağa və inamı özümüzə qaytarmağa çalışır.

Qeyd edək ki, Serbiya millisi martın 27-də Portuqaliyanı qəbul edəcək, martın 30-da isə Azərbaycan yığmasının qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi