Bakı. 8 dekabr. REPORT.AZ/ Braziliyanın qadınlardan ibarət milli komandasının futbolçusu Marta avtomobil qəzasına düşüb. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 28 yaşlı hücumçu sükan arxasında idarəetməni itirərək, yoldan kənara düşüb.
O, qəza yerindən xəstəxanaya çatdırılıb. Həkimlər Martaya bir neçə yerdən əzik diaqnozu qoyublar. Futbolçu ilə birgə avtomobildə olan 3 nəfər isə ciddi zədədən qurtulub.
Qeyd edək ki, Marta 2006-2010-cu illərdə FİFA tərəfindən ilin ən yaxşı qadın futbolçusu seçilib.