Messi və Ronaldu ən yaxşı hücumçu adına namizəd oldular

Messi və Ronaldu ən yaxşı hücumçu adına namizəd oldular "France Football" nəşri dünyanın ən yaxşı mərkəz hücumçusu adına namizədləri açıqlayıb.
Futbol
19 Oktyabr , 2020 17:28
Messi və Ronaldu ən yaxşı hücumçu adına namizəd oldular

"France Football" bütün dövrlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, nəşrin rəsmi saytında son olaraq dünyanın ən yaxşı sağ cinah hücumçusu adına namizədlərin adı dərc edilib.

Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün oyunçularından İspaniya "Barselona"sında çıxış edən Lionel Messi və hazırda Niderlandın "Qroningen" klubunda oynayan Aryen Robben var.

Ən yaxşı sağ cinah hücumçusu adına namizədlər: Devid Bekhem (İngiltərə), Corc Best (İngiltərə), Samuel Eto O (Kamerun), Luiş Fiqu (Portuqaliya), Qarrinça (Braziliya), Jairzinyo (Braziliya), Kevin Kigan (İngiltərə), Stenli Metyuz (İngiltərə), Lionel Messi (Argentina), Aryen Robben (Niderland)

16:51


"France Football" bütün dövlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlamağa davam edir.

"Report"un məlumatına görə, nəşrin rəsmi saytında bu dəfə dünyanın ən yaxşı sol cinah hücumçusu adına namizədlərin adı dərc edilib.

Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün oyunçularından yalnız İtaliya "Yuventus"unun və Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldunun adı daxil edilib.

Ən yaxşı sol cinah hücumçusu adına namizədlər: Oleq Bloxin (SSRI), Kriştianu Ronaldu (Portuqaliya), Draqan Caiç (Yuqoslaviya), Rayan Giqqz (Uels), Tyerri Anri (Fransa), Rivaldo (Braziliya), Roberto Rivelino (Braziliya), Ronaldinyo (Braziliya), Karl-Haynts Rummenigge (Almaniya), Xristo Stoiçkov (Bolqarıstan)

16:11

"France Football" bütün dövrlərin rəmzi yığmasına düşməyə iddialı futbolçuların siyahısını açıqlamağa davam edir.

"Report" xəbər verir ki, nəşrin rəsmi saytında bu dəfə dünyanın ən yaxşı mərkəz hücumçusu adına namizədlərin adı dərc edilib.

Jurnalistlər 10 nəfərlik siyahıda müasir dövrün forvardlarından heç birinə yer verməyib.

Ən yaxşı mərkəz hücumçusu adına namizədlər: Dennis Berqkamp, Yohan Kruiff, Marko van Basten (hamısı Niderland), Kenni Dalqliş (Şotlandiya), Eysebio (Portuqaliya), Şandor Koçiş (Macarıstan), Herd Müller (Almaniya), Romario, Ronaldo (Braziliya), Corc Vea (Liberiya)

Son xəbərlər

Orphus sistemi