Dünyanın ən yaxşı futzalçısı klubunu dəyişib

Dünyanın ən yaxşı futzalçısı klubunu dəyişib Portuqaliya milli komandasının futzalçısı Rikardinyo Fransanın AKSS klubu ilə müqavilə bağlayıb.
Futbol
102
7 Yanvar , 2020 10:04
Dünyanın ən yaxşı futzalçısı klubunu dəyişib

Portuqaliya milli komandasının futzalçısı Rikardinyo Fransanın AKSS klubu ilə müqavilə bağlayıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 34 yaşlı oyunçu ilə sözləşmə müddəti 2023-cü ilədək nəzərdə tutulub. O, yeni komandasına iyulda qoşulacaq.

AKSS hazırda Fransa çempionatının lideridir.

Qeyd edək ki, Rikardu Felipe da Silva 2018-ci ildə Portuqaliya millisinin heyətində Avropa çempionu olub. O, 6 dəfə - 2010, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə dünyanın ən yaxşı futzalçısı seçilib. Bu yaxınlarda Rikardinyo 2013-cü ildən çıxış etdiyi İspaniyanın "İnter Movistar" klubu ilə müqaviləni uzatmayacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi