Dünyanın ən məhsuldar qapıçısı karyerasını başa vurub

Dünyanın ən məhsuldar qapıçısı karyerasını başa vurub Rojerio Seni rəsmi matçlarda 131 qol vurub
Futbol
7 Dekabr , 2015 09:25
Dünyanın ən məhsuldar qapıçısı karyerasını başa vurub

Bakı. 7 dekabr. REPORT.AZ/ Vurduğu qol sayında qapıçılar arasında rekordçu sayılan Rojerio Seni karyerasını başa vurub. "Report"un məlumatına görə, Seni bu qərarı 42 yaşında ikən qəbul edib.

Onun aktivində rəsmi matçlarda 131 qol var. Təcrübəli qolkiper bütün karyerasını 1992-ci ildən şərəfini qorumağa başladığı "San Paulu"da keçirib. Seni 2002-ci ildə Braziliya yığmasının heyətində dünya çempionu olub. O, ümumilikdə 20 komanda mükafatına, 2008-ci ildə isə Braziliyada ilin futbolçusu adına sahib olub. 

İngilis versiyası Legendary goalkeeper retires

Son xəbərlər

Orphus sistemi