Dünyanın ən bahalı klubu müəyyənləşib

Dünyanın ən bahalı klubu müəyyənləşib "Mançester Yunayted" İspaniya nəhənglərini geridə qoyub
Futbol
31 May , 2017 15:28
Dünyanın ən bahalı klubu müəyyənləşib

Bakı. 31 may. REPORT.AZ/ İngiltərə "Mançester Yunayted"i Avropanın ən bahalı futbol klubu sayılıb.

"Report"un məlumatına görə, KPMG auditor şirkəti apardığı araşdırma nəticəsində belə qənaətə gəlib.

"Qırmızı şeytanlar"a 3 milyard qiymət qoyulub. Sonrakə iki yeri 2,97 milyard avro dəyərə malik İspaniya "Real Madrid"i ilə 2,76 milyard avroluq "Barselona" tutur.

Şirkət ümumilikdə 32 klubdan ibarət siyahı tutub.

Araşdırmalar zamanı klubların gəlirliliyi, populyarlığı, idman nəticələri, stadionlara yiyələnmələri və teleyayım hüququnun məbləği kimi amillər nəzərə alınıb. KPMG 2014-2015 və 2015-2016 mövsümləri üzrə müvafiq informasiyaları analiz edib. 

Son xəbərlər

Orphus sistemi