Dünyanın ən bahalı futbolçuları - SİYAHI

Dünyanın ən bahalı futbolçuları - SİYAHI Bura oyunçunun səviyyəsi, onun statusu, müqaviləsinin müddəti və hazırkı forması daxildir
Futbol
553
13 May , 2021 18:40
Dünyanın ən bahalı futbolçuları - SİYAHI
Erlinq Holann və Kilian Mbappe

Niderlandın KPMG auditor şirkəti dünyanın ən bahalı futbolçularının siyahısını təqdim edib.

“Report”un məlumatına görə, məbləğ bir neçə amilə görə hesablanıb. Bura oyunçunun səviyyəsi, onun statusu, müqaviləsinin müddəti və hazırkı forması daxildir.

İlk pillədə Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe qərarlaşıb. Onun qiyməti 189 milyon avrodur.

Almaniyanın "Borussiya" (Dortmund) komandasının forvardı Erlinq Holann (131 milyon avro) ikinci, İngiltərə "Tottenhemi"inin kapitanı Harri Keyn (127 milyon avro) isə üçüncüdür.

PSJ-nin digər qolçusu Neymar (116 milyon avro) isə 6-cı sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi