Dünyanın ən bahalı futbolçuları müəyyənləşib

Dünyanın ən bahalı futbolçuları müəyyənləşib Bakı. 4 iyun. REPORT.AZ/ Dünyanın ən bahalı futbolçularının adları bəlli olub.
Futbol
4 İyun , 2018 18:53
Dünyanın ən bahalı futbolçuları müəyyənləşib

Bakı. 4 iyun. REPORT.AZ/ Dünyanın ən bahalı futbolçularının adları bəlli olub.

"Report" xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin açıqlamasına əsasən, İngiltərə "Tottenhem"inin futbolçusu Harri Keyn ən bahalı futbolçu adına layiq görülüb. 25 yaşlı hücumçunun transfer məbləği 201.2 milyon avro olaraq qiymətləndirilir.

Fransanın PSJ klubunun hücumçusu Neymar 195.7 milyon avro ilə 2-ci, onun komanda yoldaşı Kilian Mbappe 186.5 milyon avro ilə 3-cü, İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messi 184.2 milyon avro ilə 4-cü və İngiltərə "Liverpulu"nun yarımmüdafiəçisi Məhəmməd Salah isə 171.3 milyon avro ilə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 100 ən bahalı futbolçunun siyahısını analitiklər tərəfindən tərtib edib. 

Son xəbərlər

Orphus sistemi