​Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb

​Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb Siyahıda birinci yerdə "Real" klubu qərarlaşıb
Futbol
7 May , 2015 01:46
​Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb

Bakı. 7 may. REPORT.AZ/ "Forbes" nəşri dünyanın ən bahalı klublarının yeni reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, reytinq cədvəlində ilk pilləni 3,26 milyard dollar dəyərində qiymətləndirilən Madridin "Real" klubu tutur.

Siyahıda ikinci yerdə "Barselona" (3,16 mlrd), üçüncü yerdə isə "Mançester Yunayted" (3,1 mlrd) qərarlaşıb.

"Forbes"in versiyasına görə, dünyanın 10 ən bahalı futbol klubu:

1. "Real" — 3,26 mlrd. dollar

2. "Barselona" —3,16 mlrd. dollar

3. "Mançester Yunayted" —3,1 mlrd. dollar

4. "Bavariya" —2,35 mlrd. dollar

5. "Mançester Siti" —1,38 mlrd. dollar

6. "Çelsi" —1,37 mlrd. dollar

7. "Arsenal" — 1,31 mlrd. dollar

8. "Liverpul" —0,98 mlrd. dollar

9. "Yuventus" —0,84 mlrd. dollar

10. "Milan" —0,76 mlrd. dollar

Son xəbərlər

Orphus sistemi