Dünya çempionu "Yuventus"dan ayrıldı

Dünya çempionu "Yuventus"dan ayrıldı İtaliya "Yuventus"u futbolçusu Blez Matüidi ilə yollarını ayırıb.
Futbol
1033
12 Avqust , 2020 19:58
Dünya çempionu Yuventusdan ayrıldı
Blez Matüidi

İtaliya "Yuventus"u futbolçusu Blez Matüidi ilə yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xidmətlərinə görə fransalı yarımmüdafiəçiyə təşəkkür edən Turin təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, 2017-ci ilin yayında Fransa PSJ-sindən "Yuventus"a keçən Matyüdinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasına transfer olacağı gözlənilir.

Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Orphus sistemi